Xəbər lenti
Reklam
Sabiq nazirdən sarıköklə bağlı mühüm açıqlama: "Açıq şəraitdə mümkün deyil..."
"Zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi olan sarıkökü Azərbaycanda ancaq istixanalarda yetişdirmək mümkündür”.
Gender.az bildirir ki, bunu "Report”a Naxçıvan Muxtar Respublikasının sabiq Kənd Təsərrüfatı naziri Rəcəb Orucov bildirib.

Onun sözlərinə görə, sarıkök tropikal bitkidir, ana vətəni Cənubi Asiya ölkələridir - Çin, Hindistan, İndoneziya, Malaziya.

"Bu bitkinin Azərbaycanda açıq şəraitdə yetişdirilməsi üçün heç bir uyğunluğu yoxdur. Azərbaycanda bunu ancaq istixanalarda yetişdirmək mümkündür. Son vaxtlar sarıkök Türkiyədə istixanalarda yetişdirilir”.

O əlavə edib ki, sarıkök həm ədviyyat kimi, həm də tibbdə istifadə edilir: "Sarıkökün yetişdirilməsi üçün torpaqda həmişə 80-85% isti rütubət olmalıdır. Tərkibi dəmir, B6 və C vitamini, mangan  və başqa minerallarla zəngindir. Həmçinin insanda xərçəng xəstəliyinə qarşı xromosomlarda dayanıqlılıq yaradır”.

Azərbaycana sarıkök idxal edilir. Əsas idxal edən ölkə isə İrandır.

Qeyd edək ki, sarıkök diabetdən əziyyət çəkən insanların yükünü azaldır, orqanizmdə bir növ insulin rolu oynayan bu möcüzəvi bitki qan şəkərini sağlam bir səviyyədə saxlayır. Daha önəmli bir xüsusiyyəti isə 2-ci tip diabetin qarşısını almağa qadir olmasıdır. Sarıkök güclü iltihab məhv edən xüsusiyyətə malikdir. Bu səbəbdən dəridə olan sızanaqlara qarşı kremlərin hazırlanmasında ən çox istifadə edilən bitkidir. Sarıkök diş ağartmada da istifadə edilir. Damaqlarda iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu, iltihabın azalmasına kömək edir.
Tarix: 26 aprel 2019
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş