Xəbər lenti
Reklam
Deputat: Qarabağda Əhməd bəy Ağaoğlunun heykəli ucaldılsın
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında çıxışı zamanı  böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun heykəlinin və ya abidəsinin ucaldılması təklifi ilə çıxış edib.
Millət vəkili çıxışında öncə özünün və ziyalıların adından Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə ölkə prezidentinə təşəkkürünü bildirib. Millət vəkili bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir:
“Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə “Difai” təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin və ya abidəsinin ucaldılması çox yaxşı olardı.
Eyni zamanda, onun haqqında filmin çəkilməsi də çox vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən “Difai fədailəri” adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı”. \\Oxu.az
 
Tarix: 23 aprel 2019
Baxış: 441

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş