25 gün əvvəl sevdiyi şəxsə qoşulub qaçan qadın qəfildən öldü - İMİŞLİDƏ FACİƏ
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
Ağcabədi rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Vüsalə Tohid qızı 25 gün əvvəl öz razılığı ilə İmişli rayonu Əliqulular kənd sakininə qoşularaq qaçıb. Bu gün V.Məmmədovanın səhhəti qəfildən pisləşib və o təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Müayinə olunan meyitdə travmatik xəsarətlər aşkar edilməyib.
İlkin məlumata görə, ölümə səbəb qadında yaranmış tənəffüs çatışmazlığı olub.
Faktla bağlı araşdırma aparılır.\ONA
Tarix: 16 aprel 2019
Baxış: 478
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş