Redaktor seçimi
    “Səsinizi kəsib oturun!” - Hulusi Kılıçdan SƏRT CAVAB
Xəbər lenti
Reklam
“Kainatda gedən proseslərin qarşısını ala bilməyəcəyik” - Alimdən maraqlı AÇIQLAMA

Yer kürəsinin gələcəyi Marsın taleyini təkrarlaya bilər
“Ulduzlu göyə baxandan sonra Allahın varlığına inanmamaq mümkün deyil”

Dünyanın fırlanma sürəti ilə rəqəmsal saatları sinxronlaşdırmaq üçün 1972-ci ildən bəri tətbiq olunan “artıq saniyə” praktikasının ləğv edilməsi istiqamətində yekun mərhələyə qədəm qoyulub. Yer ilə Ay arasındakı qabarma-çəkilmə təsirləri səbəbindən planetimizin öz oxu ətrafında fırlanma sürəti getdikcə yavaşıyır və hər günə təqribən 1.4 millisaniyə əlavə olunur.
Bu uyğunsuzluğu aradan qaldırmaq üçün illərdir vaxtaşırı olaraq universal vaxta bir saniyə əlavə edilirdi. Lakin bu əlavə rəqəmsal sistemlərdə, serverlərdə və internet şəbəkələrində ciddi xətalara səbəb olurdu. Məsələn, 2012-ci ildə tətbiq edilən "artıq saniyə" ucbatından “Reddit” və “LinkedIn” kimi qlobal platformalarda böyük çökmələr və problemlər yaşanmışdı. Odur ki, ölçü standartlarını müəyyən edən Beynəlxalq Ağırlıqlar və Ölçülər Bürosunun 69 üzv ölkəsi artıq saniyənin tamamilə ləğv edilməsi üçün səsverməyə hazırlaşır. Qərar qəbul olunarsa, rəsmi vaxt ölçümü artıq tamamilə Yerin fırlanma sürətindən asılı olmayacaq və atom saatlarına əsaslanacaq. Saatlara bir daha saniyə əlavə edilməyəcək. Bu dəyişiklik gündəlik həyatımıza heç bir mənfi təsir göstərməyəcək.
Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, Günəşin və Ayın özünün Yerdən uzaqlaşmağı var. Bu, mürəkkəb bir məsələdir. Kainatda elə bir cisim yoxdur ki hərəkətdə olmasın. Bu, mütləq mənada belədir: 
- Ümumiyyətlə, kainatın işinə qarışmaq düzgün deyil. Təbiətin işinə qarışmaq heç vaxt yaxşı nəticə vermir. Höte deyirdi, səhvi insanlar edir, təbiət səhv edə bilməz. Amma təbiətə müdaxilə edilir, sonra daha pis hadisələr baş verir. Günəşin özündə sönmə gedir yavaş-yavaş. Bu, hidrogenin heliuma keçmə reaksiyasıdır. Planetlərdə həyat olub, Günəşin şüası azaldıqca yerdəyişmə baş verib. Məsələn, Mars planeti 220 milyon kilometr bizdən – Yer planetindən uzaqdadır. Lakin hər iki planet Günəş ətrafında fərqli sürətlərlə və elliptik orbitlərlə hərəkət etdiyi üçün bu məsafə daim dəyişir. Marsda həyat əlamətləri tapırlar, çaylar, dağlar və sair, orda elə bil ki həyat yavaş-yavaş təşəkkül tapır. Yer planetinin 4.5 milyon yaşı olduğu deyilir. Bu da dəqiq deyil. Yer planeti Günəş sisteminin formalaşdığı 4,5–4,6 milyard il əvvəlki zaman kəsiyində yaranıb. Müasir elmi tədqiqatlara və radiometrik ölçmələrə əsasən, Yer planetinin yaşı təxminən 4,54 milyard il qəbul edilir. Təxminən 50 milyon il xəta payı ilə götürülür. Çünki elm dünyasında heç kim Yerin yaşını gününə və ya dəqiq ilinə qədər hələ də hesablaya bilməyib. Yer planeti Günəşin soyuması nəticəsində Marsın vəziyyətini alacaq. Yerin özünün əmələ gəlib insanın burada məskunlaşması çox böyük bir möcüzədir. Elə bil hansısa qüvvə, varlıq insanın yaranması üçün şəraiti hazırlayıb. Əgər Meksika körfəzinə meteorit düşməsəydi, planet qaranlığa bürünməsəydi, otyeyənlər, o cümlədən dinozavrlar məhv olmayacaqdı, insanın planetə gəlməsi müddəti uzanacaqdı. Saat, saniyə məsələlərinə biz müdaxilə edə bilərik. Azdan-çoxdan. Amma kainatda gedən proseslərin qarşısını ala bilməyəcəyik. Kant deyirdi ki ulduzlu göyə baxandan sonra Allahın varlığına inanmamaq mümkün deyil. Yəni, təbiət alimlərinin hamısı sonra Allahın varlığına inanıb. Qalaktikaya baxanda anlayırsan ki, həyat hansısa varlıq tərəfindən idarə olunur. Odur ki, çox da özümüzü öyməyək və təbiətin işinə müdaxilə etməyək. 
Tarix: 15 oktyabr 2026
Baxış: 39

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş