Məşhur azərbaycanlı müğənni saxlanıldı

Rusiyada və postsovet məkanında məşhur olan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb. O, narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinir.
Gender.Az xəbər verir ki, bu barədə "Tengri Life" nəşri məlumat yayıb.
Polisin verdiyi məlumata görə, ifaçı oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Qorday" sərhəd keçid məntəqəsində saxlanılıb. Əməliyyat polislər və sərhədçilər tərəfindən birgə həyata keçirilib. İfaçının olduğu avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsindən narkotik vasitə aşkar edilərək götürülüb.
"Narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi qaldırılıb. Şübhəli şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib", - deyə polis idarəsindən bildirilib.
Oktyabrın 14-də müğənninin Astanada konserti keçirilməli idi. Lakin tədbir ləğv edilib. Təşkilatçılar bunu rəsmi olaraq texniki səbəblərlə izah ediblər./Oxu.az
Tarix: 14 oktyabr 2026
Baxış: 41
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş