Xəbər lenti
Reklam
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Salyan və Saatlı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Gender.Az bildirir ki, araşdırma zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Tarix: 02 oktyabr 2026
Baxış: 40

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş