Misir Mərdanov təltif edildi - SƏRƏNCAM
Keçmiş təhsil naziri Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.
Gender.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olub.
Tarix: 02 oktyabr 2026
Baxış: 40
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş