Xəbər lenti
Reklam
Oktyabrın 1-də bu ərazilərdə qaz kəsiləcək

Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Gender.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və rayonun Qarasuqumlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Həmçinin, oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev, İ.B.Qutqaşınlı küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Baltalı kəndinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Tarix: 30 sentyabr 2026
Baxış: 44

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş