Xəbər lenti
Reklam
Azər Mursaqulov idarə rəisini işdən çıxardı

Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb.
Gender.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub.
O, 2008-ci ildən həmin vəzifədə işləyirdi.
Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb.
Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb. Hazırda Zaqatala ilə yanaşı Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələrinin rəisi yoxdur./ölkə.az

Tarix: 29 sentyabr 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş