Xəbər lenti
Reklam
Gülnur Heydərova nazirlikdə yüksək vəzifəyə TƏYİN OLUNDU

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub.
Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Gender.Az bildirir ki, bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb.
Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.
2018-2025-ci illərdə isə, o, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərib./yurd.media/

Tarix: 28 sentyabr 2026
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş