Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Gender.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12% üstələyib.

Məlumata görə, tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17%, Şimal-Cənub istiqaməti üzrə isə 24% artım qeydə alınıb.

"Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32%, tranzit daşımalar isə 40% artıb", - məlumatda qeyd olunur.
Tarix: 19 sentyabr 2026
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş