Bu ərazilərdə qaz olmayacaq
Qazax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gender.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli və Qaymaqlı kəndlərinin qaz təchizatı dayandırılacaq.
Tarix: 02 sentyabr 2026
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş