“Gənclik”də nə tikilir? - FOTO

“Gənclik” metrosunun qarşısında avtobus dayanacağı sökülüb, önündə, yol hissəsində isə tikinti aparılır.
Gender.Az axar.az-a istinadən xəbər verir ki, “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışında, yolda tikinti işləri aparılır. Ərazidə nə tikildiyi isə hələlik məlum deyil.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlanan sorğuya aprel ayında yayılan şablon cavab göndərilib. Bildirilib ki, ərazidə parkların birləşdirilməsi və ərazilərin abadlaşdırılması işləri aparılır.
Tarix: 02 sentyabr 2026
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş