Xəbər lenti
Reklam
GORANBOYDA HƏRBİ BAZADA PARTLAYIŞIN SİRLƏRİ – ELMİ-LƏDUN

“Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər?”
 Quran, “Hakimiyyət” (69) surəsi, 20-ci ayə.

Xəbər verildiyi kimi, bu gecə (02.09.2026) Goranboy rayonunun Nəriman kəndində yerləşən Azərbaycanın hərbi bazasında partlayış və yanğın oldu. Hazırda hüquq mühafizə və istintaq orqanları partlayışın sbəblərini araşdırarkən, biz də öz növbəmizdə bu hadisəni elmi-lədun yolu ilə araşdıraq. 
Elmi-lədun hesablamalarımız və İlahi bilgilərimiz göstərir ki, bu hadisə Allahdan növbəti (bəlkə də sonuncu) xəbərdarlıq olmaqla, özündən əvvəlki analoji hadisələrlə riyazi yolla bağlanır. Bu riyazi əlaqə həmişə olduğu kimi, Quran rəmzləri olan 114, 286 və 555 ədədləri altında baş verir. Əvvəlcə hadisənin qanunauyğunluğunu sübut edən bu ədədlərin hikmətinə nəzər salaq. 

Quran niyə 114 surədir?

- Kainatın 4 cəhətdən;
- Təbiətin 4 fəsildən ibarət olmasını;
- İnsanın 4 ünsürdən yaranmasını;
- Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.

555 ədədi Quranda tövbə rəmzi sayılır

Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır:

129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555

Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır).
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: 

“Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”
 
Yeri gəlmişkən, Bu gün hərbi bazada baş verən yanğın da özündən əvvəlki yanğınlara məhz 114 və 555 ədədləri ilə bağlanır. Məsələn, bu gün Abşeron TM-dəki yanğının 114-cü; Dərnəgüldəki yanğının isə 114+114-cü günüdür; H.Əliyev adına yolun çökməsinin 555-ci günüdür və s (bax: aşağıdakı cədvələ)

Bugünkü partlayışda keçən  286 ədədi isə, Quranın  səhifələrinin sayıdır. Belə ki, Quranın Kəbədə saxlanan orjinalı 286 səhifədir. Maraqlıdır ki, Allahdan gələn bütün xəbərdarlıq mesajlarının üzərində 286 kodunu (oxu: rəqəmsal imzasını) görmək mümkkündür. Maraqlıdır ki, bu gün də Yasamalda bina yanmasının 286-cı günüdür və s
 (bax: aşağıdakı cədvələ)
Bugünkü hadisənin məhz Goranboyda baş verməsi təsadüf deyil – 22 ədədinin sirri

Oxucuda sual yaranacaq: Allahdan  gələn xəbərdarlıq niyə başqa rayonlarda deyil,  məhz Goranboydakı bazada təzahür etdi? Bu təsadüfdürmü? Quran məntiqinə görə həyatda təsadüf olmur. Elə isə gəlin birlikdə Goranboyun seriyası (rəmzi) olan 22 ədədinin sirrinə nəzər salaq.

Əvvəlcə onu qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan Quran ikinci dəfə yaşanmağa başlayıb. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq.
Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002. rəqəmərə diqqət edin) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) günü olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə).

Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…
Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Həmin zəlzələdə 22 (!) təkan qeydə alındı və Bəm şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi. On¬dan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəza¬la¬rı¬nın bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm (söhbətimizin mövzusu başqa olduğundan, həmin hesablamaları təkrarlamıram).

Quranda və fizikada  “22” “9”-a çevrilir

Yuxarıda qeyd etdim ki, əsrin 2-ci Qurban bayramı günü – ayın 22-də mənə 9-cu surə ilə mesaj verildi: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz...”
Burada diqqət çəkən digər məqam 9-cu “Tövbə” surənin “Bismillah”sız başlamasıdır. Elmi-lədun bilgilərimizə görə 9-cu surə 22-ci “Həcc” surənin davamı olduğuna görə “Bismillah”sız başlayır. Ona görə də 9-cu surənin ilk ayəsində bu gün Həcc günü olduğu xüsusi vurğulanır. Təsadüfü deyil ki, bu ayələrlə mənə mesaj verilən gün də Həcc (Qurban bayramı) günü idi. 
Maraqlıdır ki, fizikada da “2” “9”-a çevrilir. Belə ki, cihazlarımızın qəbul etdiyi 22(0) volt enerji daxildə 9-a çevrilir. 
Burada 22 - mənbə (Həcc, Kəbə), 9 isə tövbədir. 
Beləliklə, partlayışın Goranboyda verilməsi və üzərində 114, 555 ədədləərinin görünməsi, diqqətimizi “Tövbə”yə və surənin ilk üç ayəsinə yönəldir:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə).

Elmi-lədun hesablamalarımız və İlahi bilgilərimiz göstərir ki, bu üç ayənin hökmü təkar olaraq, bugünkü günə də şamil edilib. Yəni, bu gündən başlayaraq, təkrar dörd ay sananacaqdır. Bu dörd ayda xeyli güclü bəlalar gözlənilir ki, ən sonuncusu 4 ayın tamamında (dekabrda) baş verəcəkdir (düzgünün Allah bilir).

24 il öncə gələn bəla niyə Bəm şəhərinə düşdü?

Oxucuda sual yaranacaq ki, Qurban bayramı günü xəbərdarlıq edilən və dörd ay sonra gələn bəla (2002) niyə Azərbaycana yox, İrana (Bəm və s şəhərlərə) düşdü? 
Maraqlı sualdır. Qeyd edim ki, o vaxt xəbərdarlığı (hesabamalarla, sübutlarla) mətbuatda çap etdirəndən sonra, günləri saymağa başladım. 22 iyuna üç gün qalanda heç kəsin tövbə etmədiyini,  üç gündən sonra ətrafımda heç kəsin qalmayacağını hiss edəndə çox həyəcanlandım və qalan üç günü gecələri yatmadan səhərə qədər dua etdim ki, Allah bu milləti bağışlasın və möhləti biraz daha artırsın... O vaxt Zərdabda Kürün sahilində kirayə  qaldığım evin həyətində ocaq qalayaraq, yanında dua edirdim və onda uşaq, indi isə ailə başçısı olan bir nəfər də (Əfqan Ömərov) hər gecə yanımda dayanıb, səhərə qədər məni maraqla izləyirdi (bəzən, mənə qoşulub, dualar edirdi, amin deyirdi).  Nəhayət, 22-si iyun səhərə yaxın elə ocağın başında  gözümə xəfif yuxu getdi. Qəribə yuxu gördüm: İki əllərimi göyə qaldırıb, dua edə-edə Azərbaycanın üstündə olan qara buludları əllərimlə kənara itələyirdim (sanki əllərim qara buluda çatırdı). Çox zəhmət çəkib, əlləşəndən sonra gördüm ki, qara buludlar Azərbaycanın üzərindən aralandı və Cənuba doğru getdi...  Dedim Əfqan, təhlükə sovuşdu, gedib arxayın yata bilərik... Günorta televiziyanın xəbərlərindən eşitdim ki, İranın Bəm və digər şəhərlərində son bir neçə əsrin ən güclü zəlzələsi (9 bal, 22 təkan) baş verib və bir neçə şəhərlər və kəndlər tamami ilə yerə batıb. Bu hadisə İan tarixinə “Bəm zəlzələsi” kimi düşdü.

Sual edəcəksiniz ki, bu dəfə (bu gün) verilən dörd aylıq möhlətin sonunda necə; yenə möhlət üçün dua edəcəksənmi? 
Cavab verirəm ki, xeyr! Çünki, möhlət bir dəfə verilir. İnsan onu dəyərləndirib tövbə etmədisə, mən hansı üzlə Allahdan təkrar möhlət istəyə bilərəm?! Əksinə, zalımlara vəəd etdiyi bəlanı tezləşdirməsi üçün daim Rəbbimə dualar edirəm. Çünki, haqsızlıqdan, ədalətsizlikdən, millətin qeyri-insani yşayış tərzindən bezdim artıq!

Mənim borcum İlahi mesajların kodlarını açaraq (riyazi sübutlarla) insanlara çatdırmaqdır. Ağlı olan tövbə etsin, doğru yolu tutsun və xilas olsun; olmayan oturub bəlanı gözləsin...  

“Biz heç bir məmləkəti ora xəbərdarlıq edənlər göndərmədən məhv etmədik!”
“Onları (peyğəmbərləri) öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalim deyilik!” Quran, 26:208-209
 
Paşa Yaqub
Həkim, elmi-lədun bilicisi, beşi ensiklopediya olmaqla, 39 kitabın müəllifi
Tarix: 02 sentyabr 2026
Baxış: 108

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş