Bakıda avtobus böhranı: 1 saata cəmi 2 avtobus
Hazırda paytaxtda ciddi nəqliyyat sıxlığı müşahidə olunur. Bununla yanaşı, bəzi avtobus marşrutlarının iş rejimində də problemlər var. Elə hallar olur ki, bir saat ərzində eyni marşrut üzrə cəmi iki avtobus hərəkət edir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bu hal gözlənilən idi.
"İndi metronun "28 May" – "Nizami" stansiyaları arasındakı hissəsinin bağlanmasından sonra şəhərdə demək olar ki, hər tərəfdə tıxacın artdığını hiss edirik. Düzdür, hazırda AYNA tərəfindən əlavə ekspres avtobuslar müəyyən edilib və onlar hərəkət edirlər. Məktəblər, bağçalar və ümumtəhsil müəssisələri işə başladıqda isə bu vəziyyət daha da ağırlaşacaq. Qeyd etmək lazımdır ki, avtobusların da gecikməsinin əsas səbəbi budur. Ümumən, hər yerdə avtobus zolağı yoxdur. Buna görə də tıxac və sıxlıq yaranır", - deyə o yekunlaşdırdı.
NURİYYƏ
Tarix: 28 avqust 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş