Gender.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.
Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Karl Marks" yol ötürücüsündə müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq. Toyuqlu pizza
Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən "Bakıxanov" yol ötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən "Papanin" yol ötürücüsü və Pirşağı dəmir yolu üzərində yerləşən "Pirşağı" yol ötürücüsündə isə yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Instrumental müayinələr AAYDA-nın sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.
Agentlik bildirir ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.
Qurum sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş edir.







Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Kişilərin Ömrünü Uzadan Səbəblər Açıqlandı
“Qızım babası kimi siyasətçi olacaq“ - Mərhum nazirin oğlu
Dilarə Əliyevaya yüksək vəzifə verildi
Sürücülərə XƏBƏRDARLIQ: Yollarda DUMAN olacaq
Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub - deputatın oğlunun da qarışdığı cinayət işindən EKSKLÜZİV MƏLUMATLAR
Prezident gözlənilən FƏRMANI imzaladı
Yaşlı nəsil rəqəmsal dünyada
“Parlamentin Müdafiə komitəsi sualtı qayığı harada görüb?” – Polkovnik




