Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva işdən çıxarılıb.
Gender.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.
Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.

Tarix: 20 avqust 2026
Baxış: 68

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş