Xəbər lenti
Reklam
Zəngəzur dəhlizi ilə bağlı İrəvandan təcili addım – BAŞLADI

Ermənistan Zəngəzur dəhlizi üzrə praktiki hazırlıqların hazırkı mərhələsi barədə yeni məlumat açıqlayıb.
Gender.Az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi açıqlamasında bildirib ki, hazırda layihə çərçivəsində araşdırmalar, hesablamalar və mühəndis-axtarış işləri aparılır.
Məlumata görə, görülən işlər dəmir yolu komponentini də əhatə edir.
Marşrutun dəqiq parametrləri, layihənin dəyəri və infrastrukturun texniki xüsusiyyətləri aparılan araşdırmalar yekunlaşdıqdan sonra müəyyən ediləcək.
Mher Qriqoryanın ofisindən bildirilib ki, araşdırmanın ilkin variantının yaxın vaxtlarda hazırlanması gözlənilir.
Zəngəzur dəhlizinin həyata keçirilməsinin hazırkı mərhələsi və bundan sonrakı addımlarla bağlı bir sıra suallar Ermənistan baş nazirinin aparatına da ünvanlanıb.\\musavat.com

Tarix: 19 avqust 2026
Baxış: 31

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş