Gender.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar olunub.
Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.







Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Kişilərin Ömrünü Uzadan Səbəblər Açıqlandı
“Qızım babası kimi siyasətçi olacaq“ - Mərhum nazirin oğlu
Dilarə Əliyevaya yüksək vəzifə verildi
Sürücülərə XƏBƏRDARLIQ: Yollarda DUMAN olacaq
Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub - deputatın oğlunun da qarışdığı cinayət işindən EKSKLÜZİV MƏLUMATLAR
Prezident gözlənilən FƏRMANI imzaladı
Yaşlı nəsil rəqəmsal dünyada
“Parlamentin Müdafiə komitəsi sualtı qayığı harada görüb?” – Polkovnik




