Bəzi insanlar yaşadıqları inciklikləri qısa müddətdə unuda bildiyi halda, digərləri xəyanət və ya məyusluğu uzun müddət yadda saxlayır. Astroloqlar hesab edirlər ki, bu xüsusiyyətlərdə bürclərin də müəyyən rolu ola bilər.
Ən çətin bağışlayan bürcləri təqdim edirik.
Əqrəb bu siyahıda ilk sırada göstərilir. Bu bürcün nümayəndələri etibara böyük önəm verir. Onların etimadı sarsıldıqda yenidən əvvəlki münasibəti qurmaq olduqca çətin olur və yaşadıqları incikliyi uzun müddət unutmurlar.
Oğlaq da asanlıqla bağışlamayan bürclərdən hesab edilir. Onlar xəyal qırıqlığını ciddi qəbul edir və eyni səhvin təkrarlanmasına imkan verməmək üçün məsafə saxlamağa üstünlük verirlər.
Buğa bürcü sadiqliyi ilə seçilsə də xəyanət və ya yalanla qarşılaşdıqda bunu asanlıqla qəbul etmir. Güvəni itirdikdən sonra münasibətləri əvvəlki vəziyyətinə qaytarmaq onlar üçün çətin olur.
Şir bürcünün nümayəndələri isə qürurlarına toxunan davranışları unutmaqda çətinlik çəkirlər. Onlar bağışlamağa çalışsalar belə yaşanan hadisəni uzun müddət xatırlaya bilirlər.
Astroloqlar qeyd edirlər ki, bürclər insanların xarakteri haqqında yalnız ümumi təsəvvür yaradır. Bağışlamaq və ya incikliyi unutmaq isə hər bir insanın həyat təcrübəsi, xarakteri və dəyərləri ilə sıx bağlıdır.\\Sfera/Az