Xəbər lenti
Reklam
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA


Vətəndaş Tural Əsgərov "Aura Məişət Texnikası" şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir. 

Gender.az xəbər verir ki, o, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir.
"2016-cı ildən "Aura Məişət Texnikası" adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1 092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim. Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: "Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik". Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər", - deyə T.Əsgərov bildirib.

Tarix: 28 iyul 2026
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş