Gender.az xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev "Facebook" hesabında yazıb.
O qeyd edib: “Əhalinin azı yarısının cəmləşdiyi Xəzər sahillərində dövlət mülkiyyətində olan sosial mahiyyətdə üzgüçülük hovuzları yox kimidir, bildiklərim də çox baxımsızdır. Düzgün üzməyi bacarmırıq deyə, hər il onlarca insan suda boğulur, ailələr faciə ilə üzləşir. Pepperoni pizza
Özüm məktəbdə oxuyanda "Semaşko"nun altında yerləşən üstü açıq bir hovuza gedirdim. Pulsuz deyiləcək qədər ucuz idi. Sonra oranın ərazisi Beynəlxalq Təhsil Kompleksinə verildi və Bakı sakinləri öz övladlarını yay aylarında üzgüçülük kursuna göndərə bilmədilər”.
Vəkil bildirib ki, hazırda pullu üzgüçülük kursuna getmək də hər valideynin büdcəsinə uyğun gəlmir:
“Varlı ya da kasıb olun, boğazınızdan kəsib uşaqlarınızı üzgüçülük kursuna göndərin, oğlanlı-qızlı. Düzdür, bu onları bədbəxt hadisələrdən dəqiq sığortalamayacaq, amma üzməyi bacarmaq hər bir vətəndaş üçün zəruri bacarıqlardan birisidir.
Quruda və dənizdə, Allah övladlarınızı qorusun”.







Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Kişilərin Ömrünü Uzadan Səbəblər Açıqlandı
“Qızım babası kimi siyasətçi olacaq“ - Mərhum nazirin oğlu
Dilarə Əliyevaya yüksək vəzifə verildi
Sürücülərə XƏBƏRDARLIQ: Yollarda DUMAN olacaq
Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub - deputatın oğlunun da qarışdığı cinayət işindən EKSKLÜZİV MƏLUMATLAR
Prezident gözlənilən FƏRMANI imzaladı
Yaşlı nəsil rəqəmsal dünyada
“Parlamentin Müdafiə komitəsi sualtı qayığı harada görüb?” – Polkovnik




