Gender.az xəbər verir ki, bəzi banklar ödənişsiz təqdim etdikləri kartlar üçün illik dövriyyə tələbi müəyyən edirlər. Müştəri il ərzində tələb olunan məbləğdə əməliyyat etmədikdə, kartın illik xidmət haqqı hesabdan tutulur.
Diqqət edilməli digər məqam isə nağdlaşdırma komissiyasıdır. Bəzi kartlarda həm bankın öz bankomatlarından, həm də digər bankların bankomatlarından nağd pul çıxarılmasına görə komissiya tətbiq edilir. Bu komissiyaların məbləği isə bankdan banka dəyişir.
Bundan əlavə, kartdan karta (card-to-card) köçürmələr zamanı da əlavə ödəniş yarana bilər. Həm eyni bankın kartları, həm də müxtəlif bankların kartları arasında edilən köçürmələr üçün komissiya tutulması mümkündür.
Yüksək depozit faizi təklif edən banklarda da bəzi məhdudiyyətlər ola bilər. Məsələn, depozitdən vəsaitin nağdlaşdırılması üçün limit müəyyən edilə və ya əlavə komissiya tətbiq oluna bilər.
Bu səbəbdən bank kartı sifariş etməzdən əvvəl bütün tarif və xidmət şərtlərini diqqətlə oxumaq tövsiyə olunur. Əks halda, "pulsuz" görünən kart sonradan gözlənilməz xərclərə səbəb ola bilər. \\Milli.az







Erkən nikahın acı reallığı: Uşağın arzuları böyüklərin qərarına qurban verilir
Uşaq oyuncağı görənləri ŞOKA SALDI: "Cəmiyyəti pozurlar”
Universitetlərə qəbul ola bilməyənlərin DİQQƏTİNƏ - Bu qədər yer BOŞ QALIB
“Erməni diasporu qan üzərindən siyasət qurub” - Natiq Miridən SƏRT AÇIQLAMA
Rüfət Əzizovdan yeni təyinat
Yeni restoranının açılışına hazırlaşırdı - Qəzada öldü
Deputatların döş nişanı qızıldan imiş - Bu ölkədə
Abortdan sonra vəfat edən Lalənin ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
ABŞ Azərbaycan vətəndaşları ilə bağlı QƏRAR VERDİ - Ləğv edildi




