Bu yolda hərəkət tam MƏHDUDLAŞDIRILACAQ
Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində (Lökbatan qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı tarixlərdə tam məhdudlaşdırılacaq.
Gender.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək, 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək qüvvədə olacaq.
“Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.
Tarix: 09 iyul 2026
Baxış: 34
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş