Xəbər lenti
Reklam
Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO

Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa çatmayıb.
"Gender.az" xəbər verir ki, bu səbəbdən hazırda sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər.
Bəs görəsən, bu körpü nə zaman təmir olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, körpünün dayaqları artıq quraşdırılıb:
"Yaxın müddətdə körpünün tam olaraq inşa edilib istifadəyə verilməsi tərəfimizdən planlaşdırılır".

Tarix: 27 iyun 2026
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş