Astrologiyaya görə hər bürcün xarakteri ilə yanaşı, onu narahat edən və daxildə gizlətdiyi qorxular da var. Bu qorxular bəzən davranışlara, qərarlara və münasibətlərə də təsir edir.
Bürclərin qorxulu tərəflərini oxuculara təqdim edirik.
Qoç
Qoçlar üçün ən böyük qorxu zəif görünməkdir. Onlar daim güclü və lider kimi tanınmaq istəyirlər buna görə də uğursuzluq və geri addım atmaq onları narahat edir.
Buğa
Buğalar üçün ən böyük qorxu sabitliyin pozulmasıdır. Maddi və emosional təhlükəsizlik onlar üçün çox vacibdir dəyişikliklər isə gərginlik yarada bilər.
Əkizlər
Əkizlərin ən böyük qorxusu darıxmaq və azadlığının məhdudlaşmasıdır. Onlar rutinə düşməkdən və seçim imkanlarının azalmasından çəkinirlər.
Xərçəng
Xərçəng bürcünün ən böyük qorxusu sevdiklərini itirməkdir. Emosional bağlılıqları güclü olduğuna görə tək qalmaq fikri onları çox narahat edir.
Şir
Şirlər üçün ən böyük qorxu diqqətdən kənarda qalmaqdır. Onlar tanınmaq və dəyər görmək istəyirlər, buna görə də laqeydlik onları sarsıda bilər.
Qız
Qız bürcünün qorxusu səhv etmək və nəzarəti itirməkdir. Mükəmməlliyə meyilli olduqları üçün kiçik xətalar belə onları düşündürür.
Tərəzi
Tərəzilərin ən böyük qorxusu konflikt və balanssızlıqdır. Mübahisələrdən qaçır və harmoniya pozulanda narahat olurlar.
Əqrəb
Əqrəblər üçün ən böyük qorxu xəyanət və güvənin qırılmasıdır. Onlar üçün sadiqlik hər şeydən vacibdir.
Oxatan
Oxatanların ən böyük qorxusu azadlığın məhdudlaşdırılmasıdır. Qapanmaq, qaydalar və sərt çərçivələr onları sıxır.
Oğlaq
Oğlaqlar üçün ən böyük qorxu uğursuzluq və boş yerə çalışmaqdır. Onlar karyera və məqsədlərində nəticə görmək istəyirlər.
Dolça
Dolçanın qorxusu fərqli olmamaq və sistemə uyğunlaşmaq məcburiyyətidir. Onlar öz unikallıqlarını itirməkdən çəkinirlər.
Balıqlar
Balıqlar üçün ən böyük qorxu emosional incinmək və reallıqdan uzaqlaşmaqdır. Həssas olduqları üçün xəyal qırıqlığı onları dərindən təsir edir.
Göründüyü kimi, hər bürcün qorxusu onun xarakterini daha yaxşı anlamağa kömək edir. Bu qorxular bəzən zəiflik kimi görünsə də əslində insanın daxili dünyasını formalaşdıran vacib hissələrdir. \\Sfera.az