Xəbər lenti
Reklam
Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ


Nazirlər Kabineti turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydaları təsdiqləyib.

Gender.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları" qüvvəyə minib.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2024-cü il tarixli 171 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Yeni qaydalar turizm və rekreasiya zonalarındakı dövlət əmlakının icarə və istifadə prosesini, eləcə də bu ərazilərdə həyata keçirilən investisiya layihələrinin hüquqi tənzimlənməsini müəyyən edir.
Tarix: 22 iyun 2026
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş