Xəbər lenti
Reklam
İrşad Məmmədov ev almaq istəyən vətəndaşı ALDATDI


Abşeron rayonu, Xırdalan şəhərində ev almaq istəyən Qusar rayon sakini Təhməz Rəsulov aldadıldığını iddia edir. Dediyinə görə, o, ev üçün 30 min manat ödəyib, amma nə evə sahib olub, nə də torpağın ona aid olduğu təsdiqlənib.

Gender.az xəbər verir ki, Təhməz Rəsulov deyir ki, ötən il özünü daşınmaz əmlak vasitəçisi kimi təqdim edən İrşad Məmmədovla razılığa gəlib. Ona Abşeron rayonu, Xırdalan şəhərində torpaq sahəsi təqdim olunub və bildirilib ki, 40 gün ərzində həmin ərazidə birmərtəbəli, ikiotaqlı ev tikilərək təhvil veriləcək. Bunun qarşılığında isə vətəndaş notarial qaydada 3 dəfəyə, ümumilikdə 30 min manat pul ödəyib.
Təhməz Rəsulov iddia edir ki, həmin gündən telefon zəngləri cavabsız qalıb və vəd edilən tikinti işlərinə başlanılmayıb. Bundan sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma zamanı isə daha bir məqamın ortaya çıxdığını deyən şikayətçi bildirir ki, imzaladığı sənəd alqı-satqı və ya tikinti ilə bağlı deyil, borc müqaviləsi kimi rəsmiləşdirilib. Bundan əlavə, ona təqdim olunan torpaq sahəsinin də başqa şəxsin adına olduğu məlum olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, İrşad Məmmədov barəsində cinayət işi başlanıb. O da bildirildi ki, həmin şəxs ölkəni tərk edib və barəsində axtarış elan olunub. Saxlanılan kimi məsələyə hüquqi qiymət veriləcək.
  

Tarix: 20 iyun 2026
Baxış: 18

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş