Tanınmış jurnalistə yüksək vəzifə verildi
“Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.
Gender.az bildirir ki, bu barədə televiziyanın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"ın bədii rəhbəri vəzifəsinə gətirilib.
42 yaşlı N.Qafuroğlu bu təyinat qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb.
Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub./ölkə.az
Tarix: 15 iyun 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş