Xəbər lenti
Reklam
"Boşanmaların sayının artması ciddi narahatlıq doğurur"

"Boşanmaların sayının artması ciddi narahatlıq doğuran məsələlərdən biridir. Bunun müxtəlif səbəbləri var, maddi çətinliklər, psixoloji problemlər, psixoloji uyğunsuzluq və digər amillər. Amma nəticə etibarilə ortaya çıxan mənzərə eynidir".
Bu barədə Milli Məclisin yaz sessiyasının son iclasında deputat Aydın Mirzəzadə bildirdi.
O dedi ki, deputat həmkarları bu məsələ ilə bağlı müəyyən araşdırmalar aparmalıdırlar:
"Boşanmaya səbəb olan amillərin dərindən öyrənilməsi istiqamətində vaxtı və imkanı olan deputatlar tərəfindən işçi qrupları yaradılsın, müzakirələr və araşdırmalar keçirilsin. Çünki hər bir ailənin dağılması təkcə iki nəfərin problemi və ağrısı deyil. Bu, həm yaxın qohumların, həm ətrafın, həm də bütövlükdə cəmiyyətin problemidir". \\Redaktor.az

Tarix: 26 may 2026
Baxış: 17

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş