Paşinyan 300 min azərbaycanlı ilə bağlı qərar verəcək – Köçəryan
“Hakimiyyət kəndləri boşaldaraq 300 min azərbaycanlı üçün yer hazırlayır”.
Gender.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan deyib.
O bildirib ki, Paşinyan Diaspor və Kənd Təsərrüfatı nazirliklərini ləğv edib. Çünki bu sahədə bütün göstəricilər üzrə geriləmə müşahidə olunur.
“Bəlkə də 300 min azərbaycanlı üçün yer boşaldırlar və milli kimliyi zəiflədərək bizi bununla barışmağa məcbur etmək istəyirlər”, – Köçəryan vurğulayıb./Globalinfo.az/
Tarix: 21 may 2026
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş