Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.
Gender.az xəbər verir ki, qaydalara görə, hadisə törədən sürücü növbəti ildə təxminən 30 faiz daha artıq sığorta haqqı ödəyəcək. İkinci dəyişiklik isə bir avtomobil üzrə bir neçə etibarnaməli sürücünün olması ilə bağlıdır. Hazırda vətəndaşlar avtomobil üzrə ən yüksək bonus-endirimə malik şəxsin adına sığorta müqaviləsi bağlamağa üstünlük verirlər.