Xəbər lenti
Reklam
Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

Qurban bayramı ərəfəsində pensiya, müavinət və digər sosial ödənişlərin verilmə müddəti ilə bağlı gözləntilərə son qoyulub. Ödənişlərin bayram günlərinə təsadüf etməsi insanların vəsaitləri öncədən alıb-almayacağı sualını aktuallaşdırıb.
Gender.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi modern.az vasitəsi ilə məsələyə münasibət bildirib. Nazirliyin məlumatına görə, mayın 27-28-i ölkədə Qurban bayramı qeyd olunacaq.
Mövcud qrafikə əsasən, hər ay pensiya, müavinət və digər sosial ödənişlərin verilməsi prosesi ayın 27-nə qədər tam yekunlaşır.
Bu səbəbdən sosial ödənişlərin qrafikində hər hansı dəyişiklik edilməsinə və ya vəsaitlərin vaxtından əvvəl ödənilməsinə ehtiyac görülmür. Vətəndaşlar ödənişlərini hər ay olduğu kimi, müəyyən edilmiş vaxtda ala biləcəklər.
Yəni, bayram günlərinədək bütün sosial ödənişlər onsuz da yekunlaşdığı üçün vətəndaşlara pulların verilməsində heç bir gecikmə olmayacaq və əlavə qərara ehtiyac qalmayacaq.
Tarix: 13 may 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş