4 aydır alınan Zeekr avtomobilinin problemi servisdə tapılmır
Avtomobil aldı, amma başına gəlməyən qalmadı. Zaur Rzayev adlı vətəndaş bildirir ki, salondan aldığı Çin istehsalı olan yeni avtomobildə bir neçə ay sonra problemlər yaranmağa başlayıb.
Gender.az xəbər verir ki, onun sözlərinə görə, artıq dörd aydır servislərə gedib-gəlsə də, nasazlıq aradan qaldırılmır.
Zaur Rzayev bildirib ki, Çin istehsalı olan yeni Zeekr avtomobili salondan 62 min manata alıb. Servisdə ona avtomobilə üç il zəmanət verildiyi deyilib.
Lakin yeni avtomobilin problemi sürücünün gözlədiyindən də tez ortaya çıxıb. Onun sözlərinə görə, avtomobildə nasazlıq yaranıb və bu səbəbdən bir neçə dəfə servisə müraciət etməli olub.