Xəbər lenti
Reklam
Bu qadınlar pensiyaya daha tez çıxa bilər...

Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, sosial müdafiəyə daha çox ehtiyacı olan kimsəsiz qadınların vəziyyəti də gündəmə gəlib. Xüsusilə, həyat şəraiti ağır və daimi gəliri olmayan qadınların pensiya yaşını gözləmədən sosial təminata çıxış imkanlarının artırılması ilə bağlı təkliflər səsləndirilir.
 
Bəs, pensiya yaşına çatmamış kimsəsiz qadınlara daha tez təqaüd təyin edilə bilərmi?
 
Gender.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, əsl problem pensiya yaşında deyil, onun məbləğinin aşağı olmasındadır:
 
“Əlbəttə ki, pensiya yaşına çatmamış kimsəsiz qadınlara daha tez pensiya təyin edilə bilər və edilməlidir. Amma hazırkı qanunvericilikdə bu məsələ tam şəkildə nəzərdə tutulmur. Qanunda müəyyən güzəştlər var, lakin onlar kifayət etmir”.
 
İqtisadçının sözlərinə görə, yüksək maaş alan şəxslər üçün erkən pensiya cəlbedici görünmür:
 
“Əgər işləyən, yüksək maaş alan bir qadına desək ki, təqaüdə tez çıx, o bunu istəməyəcək. Çünki hazırda aldığı maaş məsələn 1000 manatdırsa, pensiyası 400 manat olacaq. Bu səbəbdən insanlar işləməyə üstünlük verirlər. Əsas məsələ pensiyaların artırılmasıdır. Pensiya məbləğləri yüksəldikdən sonra növbəti mərhələdə pensiya yaşı ilə bağlı daha geniş müzakirələr aparmaq mümkün olacaq”.
 
Ekspert hesab edir ki, xüsusilə kimsəsiz və sosial müdafiəyə ehtiyacı olan qadınlarla bağlı ayrıca sosial təminat mexanizmlərinin hazırlanması vacibdir.

Tarix: 09 may 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş