Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Bu barədə Gender.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, söhbət 2 vaqon alüminium və 9 vaqon taxıldan gedir.
Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.
Tarix: 08 may 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş