Xəbər lenti
Reklam
Evlənsələr evdə qiyamət qopacaq - ​ Uyğunlaşmayan bürclər

Bürclər arasında elə cütlüklər var ki, münasibətləri ilk baxışdan ehtiraslı və maraqlı görünsə də, bir müddət sonra tam bir savaş meydanına çevrilə bilər. Astroloqların fikrincə, bəzi bürclərin xarakter fərqləri o qədər kəskindir ki, evlilik zamanı davamlı mübahisələr, qısqanclıq və anlaşılmazlıqlar qaçılmaz olur.
Bir-biri ilə ən çətin uyğunlaşan bürcləri təqdim edirik:
Qoç və Xərçəng
Qoç azadlığı sevən, sərt və dominant xarakterə sahibdir. Xərçəng isə emosional, həssas və diqqət gözləyən bürcdür. Münasibətin əvvəlində biri digərini tamamlayırmış kimi görünsə də, zaman keçdikcə problemlər başlayır. Qoçun sərt davranışları Xərçəngi incidə, Xərçəngin həddindən artıq emosional olması isə Qoçu bezdirə bilər. Bu evdə ən çox eşidilən cümlə böyük ehtimalla “məni başa düşmürsən” olacaq.
Şir və Əqrəb
Hər iki bürc idarə etməyi və diqqət mərkəzində olmağı sevir. Problem də məhz buradan başlayır. Şir daim heyranlıq gözləyir, Əqrəb isə qısqanclığı və nəzarəti ilə tanınır. İki güclü xarakter bir araya gələndə münasibət romantikadan çox hakimiyyət savaşına çevrilir. Barışsalar belə, uzun sürən küsülük bu cütlüyün klassik problemidir.
Buğa və Dolça
Buğa sabitlik və ənənə tərəfdarıdır. Dolça isə sərbəstliyi, dəyişiklikləri və gözlənilməz qərarları sevir. Bir tərəf sakit ailə həyatı qurmaq istəyərkən, digər tərəf sərhədlərdən qaçmağa çalışır. Astroloqlara görə, bu münasibətdə ən böyük problem “fərqli həyat tərzi” olur.
Qız və Oxatan
Qız bürcü planlı, detallara önəm verən və məsuliyyətli xarakterə sahibdir. Oxatan isə sərbəst ruhlu, spontan və qaydaları çox da sevməyən bürcdür. Qızın davamlı iradları Oxatanı sıxa, Oxatanın rahat davranışları isə Qızı əsəbiləşdirə bilər. Bir müddət sonra münasibət sevgidən çox qarşılıqlı tənqidə çevrilir.
Balıqlar və Əkizlər
Balıqlar duyğularla yaşayan romantik bürcdür. Əkizlər isə dəyişkən xarakteri və qərarsızlığı ilə tanınır. Balıqlar münasibətdə dərin bağlılıq axtardığı halda, Əkizlər daha sərbəst davranmağa meyllidir. Nəticədə biri özünü yetərincə sevilməyən, digəri isə boğulan tərəf kimi hiss edir. \\Metbuat.az
Tarix: 08 may 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş