Xəbər lenti
Reklam
“WhatsApp”da bu mesajlar silinir

“WhatsApp”da Braziliyada yaranan qeyri-adi trend sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Bu ölkədə bəzi istifadəçilər yalnız fit səsi ilə ünsiyyət qurulan “WhatsApp” qrupları yaradıblar.
“The Guardian” nəşrinin məlumatına görə, həmin qruplarda iştirakçılar adi mətn və ya səsli mesaj əvəzinə yalnız fit çalaraq mesaj ötürürlər. Bu, əvvəlcə zarafat və əyləncə məqsədilə başlasa da, qısa müddətdə geniş yayılıb.Bildirilir ki, bəzi istifadəçilər fərqli fit tonları və ritmləri ilə xüsusi “ünsiyyət forması” da yaradıblar. Onlar bu üsulla salamlaşma, razılıq və ya etiraz kimi reaksiyaları ifadə etməyə çalışırlar.
Qruplarda qaydalar da müəyyən edilib və iştirakçılara yalnız fit səsi ilə mesaj göndərmək icazə verilir. Digər formatda yazılan mesajlar isə silinir və ya qrup qaydalarının pozulması hesab olunur. \\Uçnoqta.az

Tarix: 07 may 2026
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş