Hamilələrin diqqətinə: Sabahdan...
Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq.
Gender.az “trend.az”a istinadla xəbər verir ki, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, hamiləliyə və doğuma görə müavinət tibb müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada veriləcək.
Məlumat üçün bildirək ki, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Tarix: 30 aprel 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş