İcbari sığorta yığımlarında 26 milyona yaxın geriləmə olub
İcbari sığortada yığımlar azalıb, ödənişlər artıb
Cari ilin I rübündə icbari sığorta üzrə yığımlar 65 milyon 476 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 91 milyon 138 min manat olub.
Beləliklə, yığımlar illik müqayisədə 25 milyon 662 min manat və ya 28,15% azalıb.
Ödənişlərdə isə əksinə, artım müşahidə olunub. Cari ilin I rübündə icbari sığorta üzrə ödənişlər 38 milyon 137 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 29 milyon 927 min manat olub.
Bu isə illik müqayisədə ödənişlərin 8 milyon 210 min manat və ya 27,43% artması deməkdir. \\Valyuta.az
Tarix: 30 aprel 2026
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş