Redaktor seçimi
    Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – övladını ad-soyadını və aliment verəcək
Xəbər lenti
Reklam
"Nizami" yaxınlığında yeni stansiya ideyası ağılsızlıqdır - Vəkil Sahib Məmmədov

"Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”
Azər Axundov: "Layihənin təhlükəli olması fikri əsassızdır. Təbii ki, layihə hazırlanarkən araşdırma aparılıb, qruntdan nümunələr götürülüb, mümkün risklər nəzərə alınıb"
“Nizami stansiyasının yaxınlığında daha bir stansiyanın tikilməsi sadəcə, ağılsızlıqdır”.
Bu fikir vəkil Sahib Məmmədova məxsusdur.
S.Məmmədov "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyi, stansiyanın Mərkəzi Parkın altında yerləşəcəyi və “Nizami” stansiyasına qoşulmanı təmin edəcəyi haqda məlumatdan dəhşətə gəldiyini qeyd edib. Sosial şəbəkədə paylaşım edən vəkil, bunları yazıb: 


- "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır. “28 may-Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib (Kesson üsulu, suyun altında və ya yüksək təzyiqli mühitdə, xüsusi kipləşdirilmiş kameralar (kessonlar) vasitəsilə quru mühit yaradaraq tikinti və qazıntı işlərinin aparılması metodudur. Bu üsul əsasən körpü dayaqlarının, tunellərin və metro stansiyalarının sualtı təməllərinin inşasında istifadə olunur). Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”
Mühəndis və tədqiqatçı Azər Axundov isə hesab edir ki, “Nizami” stansiyasının yaxınlığında daha bir stansiyanın tikilməsi heç bir təhlükə
 daşımır: 

- Layihənin təhlükəli olması fikri əsassızdır. Təbii ki, layihə hazırlanarkən araşdırma aparılıb, qruntdan nümunələr götürülüb, mümkün risklər nəzərə alınıb. 50 il əvvəlki dövr deyil. Texnologiya inkişaf edib, istənilən şəraitə uyğun xüsusi materiallar istifadə etməklə xüsusi metodlarla tikmək olar. Bunların hamısı nəzərə alınır. Primitiv yanaşma düzgün deyil ki, filan yer təhlükəlidir, tikmək olmaz. Köhnə yanaşma ilə davam etmək olmaz. Yeni stansiyaları layihələndirən Türkiyənin “Yüksel Proje” şirkətidir ki, İstanbulda, metro tikintisində böyük təcrübəsi var. Əlbəttə ki yeni stansiyalar digər metro stansiyalarından fərqli üsullarla tikiləcək. Niyə mümkün olmasın ki?!. Bu cür iddialar əsassızdır.  \\Sherg.az

Tarix: 28 aprel 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş