Xəbər lenti
Reklam
Space TV-də daha iki verilişin yayımı dayandırılıb

"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb.

Gender.az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, "Ağakərimlə Mətbəx" və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.

O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:

"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi", - deyə aparıcı qeyd edib.
Bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı.
Tarix: 27 aprel 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş