Xəbər lenti
Reklam
Martın 3-də bu bayram qeyd olunacaq

Azərbaycanda martın 3-də ilin ikinci çərşənbəsi - Od çərşənbəsi qeyd ediləcək.
Gender.Az xəbər verir ki, xalq ənənəsinə əsasən, Novruz bayramından əvvəlki Boz ay müddətində ardıcıl olaraq Su, Od, Yel və Torpaq çərşənbələri keçirilir. Su çərşənbəsindən sonra Novruza hazırlıq mərhələsi Od çərşənbəsi ilə davam edir.
Od çərşənbəsi Novruz mərasimlərinin əsas və rəmzi mərhələlərindən biri hesab olunur. Bu gün od, işıq və istilik anlayışlarının simvolu kimi qeyd edilir. Xalq inanclarına görə, od insanı mənfi enerjidən, xəstəlikdən və bəd nəzərdən qoruyur, evə ruzi-bərəkət gətirir.

Metbuat.az 

Tarix: 26 fevral 2026
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş