Redaktor seçimi
    “Ürəkdir də, indi mən də ölə bilərəm, səbəb əməliyyat olmayıb” - Video
Xəbər lenti
Reklam
Xəzər dənizinin dərinliklərində “yadplanetlilər”in bazası yerləşir? — Alimdən sensassion AÇIQLAMA


O da düşünür ki, sirr kimi saxlanılan “yadplanetlilər” mövzusunun ictimaiyyətə bütün çılpaqlığı ilə çıxarılmamasının əsas səbəbi planet sakinlərini təşvişə salmamaq,həyəcanlandırmamaqdır.Çünki  “yadplanetlilər” in ətraflı tanıdılması, xüsusən, görünüşü cəmiyyətdə qorxu hissini yaradar, yaxud da psixoz hallara səbəb olar. 

”Nəticələr təsdiq edir ki, hətta bizim Xəzər dənizinin dərinliklərində “yadplanetlilər”in bazası yerləşir. Mənim bununla bağlı mətbuatda xeyli məqalələrim var. Beynəlxalq İnformatika Akademiyasının “ufologiya və bioenergetika” şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edib. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu iddia edib”. 
Tarixçi alim onu da vurğulayıb ki, 1980-ci illərdə Sovet təhlükəsizlik orqanlarına Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması barədə çoxsaylı informasiyalar daxil olub:” Bu o deməkdir ki, əslində hər kəs bu varlıqlar haqqında bilir, onların varlığını təsdiq edir, amma ətraflı məlumat demək olar ki, yoxdur, ya da, var, ortaya çıxarılmır”.
Oxu24.com-a  mövzu ilə bağlı danışan astroloq Səbuhi Rəhimli isə  bildirdi ki, biz kainatda tək deyilik.


"Qədim kitablarda da  başqa aləmlərdə yaşayanlar  haqqında bilgilər var. Bəzən olur ki, kimsə göydə bir işıltı görür,deyir bu yatplanetlilər idi. Göydə ənənəvi olmayan bir işıq yanır,sönür,elə bilirlər ki, bu yadplanetlilərdi. Yadıma gəlir ki, hardasa 2010-cu illər idi. Mən başqa planetinə gedib gəldiyini deyən insanlarla müsahibə alırdım. Onlar orda gördükləri şiriftləri, heroqriftləri yazdılar. Baxdım gördüm ki, qədim “Avesta”da olan, qədim Misir  piramidalarında olan işarələrin eynisidir.Bir obyektin varlığını  tam təsdiqləyən fakt yoxdursa deməli o obyekt  yoxdur. Dini baxımdan diqqət etsək,Həzrət Peyğəmbərimizə ərz edilir ki, 18 min aləm var və peygəmbər 18 min aləmin  mustafasıdır. Burdan belə qənaətə gəlmək olar ki, aləmlərdə şüurlu varlıqlar var. Rəbbimiz də peyğəmbəri onların mustafası adlandırıb".
Astroloq onu da vurğulayıb ki, yadplanetlilərin varlığı yuxu mövzusuna daha çox  bənzəyir. 
"Yuxuda dünyasını dəyişənlərimizi  görürük, onlarla söhbət edirik, bəzən onlar bizə yaxın günlərdə olacaq hadisələrin xəbərini verir, bəzən itmiş bir əşyanın yerini deyirlər.Yaxud da  hansısa bir uşağın  adını yuxuda bizə deyirlər.Belə misallardan çox çəkmək olar. Tutaq ki,bir bədbəxt hadisənin olacağını yuxuda sənə deyirlər, sən də bunu ətrafdakılara söyləyirsən və həmin hadisə baş verir.Bizə sual veriləndə ki, “sən bunu hardan bilirdin?” Təbii ki, bunu  sübut eləməyə  heç bir fakt tapa bilmirik.“Yuxuda görmüşdüm” deyirik və  susuruq. Açıqlamasını bilmirik.
Bax, məsələ belədir. Hamımız deyirik yadplanetlilər var amma, birimiz onlarla danışmamışıq, xarakterini, insanlara münasibətini bilmirik. Bu dəqiqləşdirilməyə ehtiyacı olan bir məsələdir. Amma bunu dəqiqləşdirmək hələ ki, mümkün deyil”-deyə astroloq vurğulayıb. 

Əntiqə Rəşid
Tarix: 18 fevral 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş