Xəbər lenti
Reklam
Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Gender.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-də saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Tarix: 10 dekabr 2025
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş