Ayşəmin, Polad Həşimovun məzarı önündəki çıxışı qəlbləri fəth etdi
Bakı şəhəri 70 nömrəli litseyin 3-cü sinif şagirdi Səfərova Ayşəm Vətən uğrunda qəhrəmancasına şəhid olmuş general-mayor, Milli Qəhrəman Polad Həşimovun məzarı önündə xüsusi maarifləndirici estafetə start verib. Şagirdin təşəbbüsü ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. O, çəkdiyi videoçarxda Polad Həşimovla bağlı təsirli çıxış edərək izləyiciləri duyğulandırıb.
Estafetin əsas məqsədi şəhidlərin həyat yolunu məktəblilər arasında tanıtmaq, onların göstərdiyi qəhrəmanlığın unudulmamasını təmin etmək və gənc nəslin vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
Ayşəm Səfərova bildirib ki, hər bir şagird ölkəsi uğrunda canından keçən qəhrəmanların həyatını bilməli və onların xatirəsini daim yaşatmalıdır.
O, öz üzərinə düşən ilk estafeti digər şagirdlərə ötürərək təşəbbüsün davamlı olmasını təşviq edib.
Gender.Az
Tarix: 05 dekabr 2025
Baxış: 959
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş