Xəbər lenti
Reklam
Bu halda sürücüləri 250 manat cərimə gözləyir

Bəzi sürücülər sürət həddini aşmaya görə cərimələrin miqdarından xəbərsizdir.Bəs,bu necə tənzimlənir?

Sürət həddini aşmaya görə cərimələrin məbləği nə qədər artır.

Gender.Az Oxu24.com-a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddədə aydınlıq gətirilir.

Həmin Məcəllənin 328-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə aşağıdakı cərimələr təyin edilir:

328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir.

328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.

328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir.

328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-iki yüz əlli manat məbləğində cərimə edilir.


Hazırladı: Miri Məcidli

Tarix: 02 dekabr 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş