Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İlk tibbi yardım zamanı edilən SƏHVLƏR

İlk tibbi yardım zamanı bəzən etdiyimiz kömək xəstə üçün daha da ziyanlı ola bilər.
 
İlk yardım zamanı edilən bəzi səhbləri təqdim edirik:
 
“Kimsə təcili yardım çağırmışdır” deyə düşünmək
 
 
Xüsusi ilə də ictimai yerlərdə hadisə zamanı kiminsə ambulansa xəbər verildiyi düşünülür. Və hərkəs “Onsuzda başqası çoxdan çağırmışdır” deyə xəstəyə kömək etməyə çalışır. Amma dərhal tibbi yardıma zəng edib, hadisəni danışmalı, sakit olmalıdır.
 
Epilepsiya krizlərində soğan qoxulatmaq
 
Bu kimi krizlərdə xəstənin ağzının açılması və ya ayılsın deyə soğan kimi kəskin iyilərin qoxulatması, əllərinin açılmağa çalışılması da ən çox yayılan səhvlərdəndir. Bu kimi hərəkətlərdən uzaq durun. Bunun yerinə xəstənin özünə zərər verməsinin qarşısını almaq üçün baş hissəsini tutaraq, əsmənin keçməsini gözləmək və vaxt itirmədən tibbi yardım çağıermaq lazımdır.
 
Günəş və digər yanmalarda qatıq, diş məcununun çəkilməsi
 
Günəş yanması adətən birinci dərəcəli yanıq olaraq ortaya çıxır. Bu halda yanan hissəni sərinlətmək lazımdır. İnsanlar arasında geniş yayılan diş məcunu, qatıq kimi qidaların çəkilməsi infeksiyalara yol açır. Ona görə də bunu yerinə yanan yeri axan su altında ən az 15 dəqiqə saxlayın. Daha ağır yanıqlarda isə həkimə gedin.
 
İlan, həşərat dişləmələrində qanın əmilməsi
 
Həşərat, ilan kimi dişləmələrdə həmin hissənin qanadılması, qanın əmərək tüpürmək faydalı deyil. O insana infeksiya keçə bilər. Bunun yerinə həmin hissə su və sabunla təmizlənməli, sıx bağlanmalı və xəstəxanaya aparılmalıdır.
 
Baş-çənə vəziyyətini verməmək
 
Nəfəsalmada çətinlik, özünü itirmə kimi hallarda xəstələrin ağız boşluğu kontrol edilməli, ağız içində cisim varsa çıxarılmalı və insana baş-çənə pozisiyası verilməlidir. Bu bir əlimizi xəstənin alnına basarkən digər əlimizin iki barmaqla çənənin altdan itələyərək verilən pozisiyadır. Bu dilin boğaza qaçmasının qarşısını alır.
 
Huşunu itirənə şillə vurmaq
 
Özünü itirən adama şillə vurmaq, üzünə su çırpmaq, sadəcə kürəyiüstə uzandırmaq ən çox edilən səhvlərdəndir. Amma ayaqlar ən azı 30 sm havaya qaldırılmalı və xəstə başıyan olacaq şəkildə tutulmalıdır. Lazım olarsa tibbi yardım çağırılmalıdır.
 
Batan cisimlərin çıxardılması
 
Xüsusi ilə gözə və ya bədənə batan cisimlərin nəzarət etmədən çıxarılması çox risklidir. Bu kimi hallarda batan cisimlər əsla yerindən tərpədilməməli və tibbi yardım çağırılmalıdır. Əks halda daha da pis nəticələnə bilər.
 
Donmada qar və ya buzla ovunulma
 
Donma hallarında donan yerin qar və ya buzla ovunulması da səhv hərəkətlərdən biridir. Bu kimi hallarda həmin şəxsi otaq temperaturunda bir yerə alıb, üzərindəki geyimlər yaşdırsa, çıxarılmalı, quru geyimlər geyindirilməli və isti içkilər verilməlidir.
 
Zəhərlənmələrdə qusmaya zorlamaq
 
Xüsusi ilə də kimyəvi zəhərlənmələrdə həmin şəxsi qusmaya zorlamaq insanı təkrar kimyəvi maddəyə məruz qoyacağı üçün yemək və qida borusuna zərər verə bilər. Bu kimi hallarda həmin şəxs əsla qusdurulmamalı, qusmaya zorlanmamalıdır. Qida zəhərlənməsi kimi hallarda zəhərlənməyə səbəb ola biləcək maddə və ya qida araşdırılmalı, qusmanın zərərsiz olduğuna əmin olunmalıdır. Lazım olarsa dərhal tibbi yardım çağırılmalıdır.
 
Avtomobil qəzalarında sıxılan insanı çıxartmaq
 
Xüsusi ilə də avtomobil qəzalarında içəridə qalan insanı tibbi yardım gəlmədən içəridən çıxartmaq ən çox rastlanan hallardır. Amma bu kimi hallar ömürlük xəsarətlərlə nəticələnə bilər. Ona görə də profisional yardımların gəlməsini gözləmək lazımdır. \\Medicina

 
Tarix: 12 sentyabr 2020
Baxış: 441

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş