210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI
"Azərbaycanda 17186 müəllimin orta aylıq maaşı 1589 manatdır".
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olarkən deyib.
O bildirib ki, bu müəllimlərin həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir.
Nazirin sözlərinə görə, 3487 nəfər müəllimin ortaq aylıq maaşı 210 manatdır:
"Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır".
Həmçinin qeyd olunub ki, 38 711 nəfər müəllim ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığında dəyişir.
Bakupost.az
Tarix: 20 noyabr 2025
Baxış: 28
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş