Redaktor seçimi
    ARB TV-nin fəaliyyətinə xitam verilir? - AÇIQLAMA
Xəbər lenti
Reklam
Əkrəm Həsənov: “LGBT təbliğ ediləndə normal insanlar da özündə nəsə axtarmağa başlayır...”

“Artıq bir sıra ölkələr cinsi azlığın - LGBT cərəyanının təbliğini qadağa edən qanunlar qəbul edib. Nəinki Qazaxıstan, bildiyim qədərilə, Gürcüstanda da belə bir qanun var. Söhbət LGBT-nin tam qadağa edilməsindən getmir. Müasir, dünyəvi qanunlar hesab edir ki, guya cinsi azlıqların olması normal bir şeydir. Azərbaycanın da qoşulduğu insan haqları üzrə konvensiyalar bu məsələyə göz yumur. Məsələn, SSRİ dövründə homoseksualizm cinayət idi və SSRİ Cinayət Məcəlləsində belə bir maddə var idi. İndi isə həmin maddə yoxdur və bu məsələ ilə barışmışıq”.
Gender.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Söhbət LGBT təbliğatının qadağan edilməsindən gedir. Bu da heç bir beynəlxalq konvensiyaya zidd deyil. Biz deyirik ki, olursunuz, olun, amma özünüzü təbliğ etməyin. Çünki təbliğ ediləndə bəzən normal insanlar da özündə nəsə axtarmağa başlayır, cəmiyyət pozulur. Görürük, şou-biznes aləmində bəzi məşhurlarımız LGBT cərəyanına mənsub olduqlarını heç gizlətmirlər. Bunun özü də bir təbliğatdır. Əlbəttə, bu təbliğat qadağan edilməlidir. Nəzərə almalıyıq, Azərbaycanın dövlət başçısı dəfələrlə öz çıxışlarında bildirib ki, biz ənənəvi dəyərlərə söykənən cəmiyyətik. Kişi kişidir, qadın da qadın. Buna görə də hesab edirəm, LGBT-nin təbliğini qadağa edən qanunvericiliyə ehtiyac var”, - hüquqşünas deyib.


Aytəkin Qardaşova

Tarix: 17 noyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş